Bakıda avtobus sürücüləri maska taxmağa başlayıblar - AÇIQLAMA
15:48 12.03.2020
Arxiv
758
Bu gündən Bakıda bir sıra marşrut avtobusunun sürücüləri qoruyucu maskalar taxmağa başlayıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev "Sherg.az"a açıqlama verib. Onun sözlərinə görə, koronavirusdan qorunmaq üçün daşıyıcı şirkətlərə sürücülərin qoruyucu maska taxması tövsiyə edilib. Qurum rəsmisi daşıyıcıların bəzilərinin tövsiyəyə əməl etdiyini və sürücülərin maska ilə təmin edildiyini söyləyib:
“Koronavirusun yayılmasının qarşısını almaq üçün bütün daşıyıcı şirkətlərə sürücülərin maska taxmasını tövsiyə etmişik. Bəzi daşıyıcılar da bu tövsiyəmizə əməl edib. Yəni, burada hər hansı məcburiyyətdən söhbət gedə bilməz. Avtobusların dezinfeksiyası və salonun təmiz olması məcburidir. Həmin qoruyucu maskaları sürücülərə daşıyıcı şirkət verir. Onun müəyyən müddətdən bir dəyişdirilməsi və digər məsələlərə də daşıyıcı özü nəzarət edir. Bildiyiniz kimi, “BakuBus” şirkəti BNA-nın tabeliyindədir. Buna görə də həmin şirkət sürücülərinin kifayət qədər maska ilə təmin olunmasını da BNA təmin edir. Arzu edirik ki, digər özəl daşıyıcı şirkətlər də bu tövsiyəni nəzərə alıb əməl edəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
PKK-ya AĞIR ZƏRBƏ: Türkiyə 467 səslə yeni tarix yazdı
19:01 12.08.2026
Gündəm
Banqladeşdə qızılcadan ölən uşaqların sayı 885-ə çatdı
18:50 12.08.2026
Dünya
Yasamalda oğurluq edən şəxslər saxlanılıblar
18:28 12.08.2026
Hadisə
50 manatlıq bir stəkan çay - İstehlakçıların başına oyun açılır
18:26 12.08.2026
Aktual
Mahmud Abbas Türkiyədə səfərdədir
18:18 12.08.2026
Dünya
Bakıda 16 istiqamətdə sıxlıq var
18:06 12.08.2026
İnfrastruktur
Mingəçevir su anbarında 22 yaşlı gənc batıb
18:02 12.08.2026
Hadisə
Ukrayna ordusu üç vilayətdə əraziləri azad etdi
17:51 12.08.2026
Dünya
Sözümüz bir olsa…
17:49 12.08.2026
Gündəm
Avropadakı quraqlıq Azərbaycana da dərs verdi - EKSPERT
17:34 12.08.2026
Aktual
Bəzi yerlərə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
17:26 12.08.2026
Ekologiya
İordaniya İrana xəbərdarlıq etdi
17:13 12.08.2026
Dünya
Ramanada atasının qətlində təqsirləndirilən şəxsə cəza istənilib
16:54 12.08.2026
Hadisə
Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb
16:36 12.08.2026
Hadisə
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat