Bakıda çoxmərtəbəli binada YANĞIN...- FOTO

Bu gün saat 16: 00 - dan etibarən Bakı şəhəri,Yasamal rayonu, Hüseyn Cavid prospektində çoxmərtəbəli binada yanğın hadisəsi baş verib. 
Bu barədə Sherg.az-a hadisə yerində olan əməkdaşımız məlumat verib. 
O qeyd edib ki, "Kristal Abşeron" tikinti şirkətinin inşa etdiyi və hələ istifadəyə verilməmiş binada yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Məlumatda o da bildirilir ki, Novruz bayramı ilə əlaqədar işlər dayandığı üçün binada nə şirkət nümayəndələri, nə də fəhlələr var. Xəsarət alan yoxdur. 
Yaxın bir saatdır ki, Fövqəladə Hallar Nazirliyinin yanğın söndürənləri hadisə yerindədir. Onlar yanğının söndürülməsinə çalışsalar da, yanğın hələ ki davam edir.
Aysel