Bakıda Dağüstü Parkda dəhşətli hadisə: polislər meyitini tapdı - YENİLƏNİB




Dünən Dağüstü parkda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, parkda özünü zəhərləyərək intihar edən 59 yaşlı Cahangir Hüseynovun ailə üzvləri onun son vaxtlar psixoloji sarsıntı keçirdiyini bildiriblər. Evdə tez-tez sosial vəziyyətin ağırlığından şikayətlənən C.Hüseynov getdikcə depressiv vəziyyətə düşüb. Dünən evdə kimsəyə bir söz demədən çıxan təqaüdçü Dağüstü Parka gələrək burada özünü zəhərləyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

*****
9:59

Bakıda intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, Yasamal rayon sakini, 1948-ci il təvəllüdlü Hüseynov Cahangir Kamil oğlu Dağüstü parkın ərazisində sirkə içərək özünü zəhərləyib. O, hadisə yerindəcə keçinib.

C.Hüseynovun meyitini ərazidə xidmət aparan polislər tapıb.
İlkin araşdırmalar zamanı mərhumun xeyli borcunun olduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.