Türkiyə futbolunda qalmaqal: Məşhur hakim oyunu idarə etdikdən sonra saxlanıldı

Türkiyədə İstanbul prokurorluğunun koordinasiyası çərçivəsində aparılan "Hakimlər" işi çərçivəsində istintaq tədbirləri davam edir.

Oxu.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, əməliyyatdan əvvəl və sonra çoxlu sayda hakim, keçmiş hakim və Mərkəzi Hakim Komitəsi üzvünün şahid və ya zərərçəkmiş qismində ifadələri alınıb.

İstintaq çərçivəsində Türkiyə Superliqasının hakimi Yasin Kol və köməkçi hakimi Göktuğ Hazar Erelin saxlanıldığı bildirilib.