Sürücülər gözlərinə inanmadı - Şəhərin mərkəzində böyük döyüş

Polşada qida tapmaqda çətinlik çəkən iki qırmızı maral şəhər mərkəzinə qədər enib. Yolun ortasında qarşı-qarşıya gələn marallar buynuzlarından istifadə edərək bir-birinə hücum etməyə başlayıb.

Sherg.az xəbər verir ki, maralların yolun ortasında döyüşməsi ərazidə hərəkətin dayanmasına səbəb olub. Şəhərin əsas yolunu sanki meşə ərazisinə çevirən hadisə səbəbindən trafik tamamilə iflic olub.

Hərəkətdə olan sürücülər avtomobillərini saxlayaraq maralların mübarizəsini təəccüblə izləyiblər. Həmin anlar ətrafdakı vətəndaşlar tərəfindən mobil telefonla lentə alınıb.