"Bloomberg": İran müfəttişlərinin nüvə obyektlərinə qayıtması üçün şərtləri açıqladı

İran sanksiyaların yüngülləşdirilməsi müqabilində beynəlxalq müfəttişlərin zərbələrə məruz qalan nüvə obyektlərinə girişini bərpa etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin məlumatında qeyd olunub.

Mənbələrinə görə, İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bu ehtimalı Nyu-Yorkda Avropa və Yaxın Şərq diplomatları ilə qapalı görüşlər zamanı müzakirə edib. Danışıqlar bu həftənin əvvəlində başa çatan BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutub.

"Bloomberg" qeyd edir ki, müfəttişlərin girişinə icazə verilməsi Tehranın ABŞ ilə danışıqlarda çətin vəziyyətdən çıxmasına kömək edə biləcək bir güzəşt ola bilər.