Bakıda dəhşət: Ürəyindən yaralanan xəstəxananın 4-cü mərtəbəsindən özünü atdı
12:41 08.03.2018
Arxiv
842
Ötən gün axşam saatlarında Bakının Nəsimi rayonu ərazisində ölümlə nəticələnən intihar hadisəsi baş verib. Report xəbər verir ki, 1978-ci il təvəllüdlü Seyidov İbrahim Əbdüləziz oğlu Yasamal rayonu, Murtuza Muxtarov küçəsində bıçaqla ürək nahiyəsinə zərbə vuraraq intihara cəhd edib.
Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzin Cərrahiyyə korpusuna, əməliyyat olunduqdan sonra isə Reanimasiya şöbəsinə yerləşdirilib. İ.Seyidov ayıldıqdan sonra xəstəxananın 4-cü mərtəbəsində pəncərəyə çıxaraq özünü oradan yerə atıb. Kişi hadisə yerində dünyasını dəyişib.
İntihara İ.Seyidov ilə keçmiş həyat yoldaşı arasında mübahisə səbəb olub. Onlar bir müddət öncə boşanıb. İ.Seyidov dəfələrlə azyaşlı uşaqlarını görmək istəsə də, buna nail ola bilməyib və sonda intihar etmək qərarına gəlib.
Mərhum bu sözləri intihara cəhd etdikdən sonra yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilərkən həkimlərə deyib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm
1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır
17:32 22.07.2026
Media
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
17:15 22.07.2026
Dünya