Bakıda dəhşətli olay: qadın özünü çoxmərtəbəli binadan atdı - YENİLƏNİB







Bu gün Bakının Yasamal rayonu ərazisində, Sovetski-də yerləşən Süleyman Tağızadə küçəsindəki çoxmərtəbəli binadan özünü ataraq intihar edən qadının kimliyi müəyyənləşib. Lent.az-ın məlumatına görə, intihar edən qadın əslən Şəki rayonundan olan Ruhiyyə Yusifova olub. O, hadisə baş verən binanın 9-cu mərtəbəsində yaşayırmış.
Qadının hansı səbəbdən həyatına qəsd etməsi məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
*****
13:02
Bu gün Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Yasamal rayonu ərazisində, Süleyman Tağızadə küçəsində (150 saylı məktəbin yaxınlığı) şəxsiyyəti hələlik məlum olmayan qadın özünü çoxmərtəbəli binadan atıb. O, hadisə yerindəcə keçinib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Araşdırmalar aparılır.