Bakıda güclü külək faciəyə səbəb oldu: ölən var




Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb. 

Lent.az xəbər verir ki, Səbail rayon Salyan yolu 22 ünvanında tikilməkdə olan "Cristal Abşeron” MMC-ə məxsus olan yeni tikilidən güclü küləyin əsməsi nəticəsində taxta parçası orada işləyən 1997-ci il təvəllüdlü Məmmədov Ziyaməddin Adil oğlunun başına düşüb. 40 yaşlı fəhlə hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.