Bakıda məktub yazıb intihar edən qızla bağlı YENİ FAKTLAR - TƏFƏRRÜAT
09:44 09.02.2016
Arxiv
946
Nigar Vahabovanın Rusiyada yaşayan atası onun dəfninə çata bilməyib
Dünən Bakıda 23 yaşlı Nigar Vahabovanın intiharı ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, N.Vahabova xeyli müddət imiş ki, qəzetlərdən birində mühasibatlıqda çalışırmış. 3 ilə yaxın burada çalışan N.Vahabova bir müddət əvvəl işdən ayrılıb.
O da bildirilib ki, N.Vahabovanın atası Rusiyada yaşayır. Qızının ölümündən bu gün xəbər tutan ata yola çıxaraq Bakıya gəlir. Lakin onun qızının dəfninə çatması mümkün deyil. N.Vahabovanın nəşi dəfn edilmək üçün artıq Şüvəlan qəsəbə məzarlığına aparılıb.
*****
10:53
Dünən Yasamal rayonunda 23 yaşlı Nigar Vahabovanın yaşadığı mənzildə intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, N.Vahabova intihardan əvvəl valideynlərinə məktub yazıb. O, məktubunda valideynlərindən üzrxahlıq edib, etdiyi əmələ görə onu bağışlamalarını istəyib. Gənc qız ata-anasını incitdiyini və buna görə çox məyus olduğunu qeyd edib.
Bildirilir ki, N.Vahabova Koorperasiya Universitetinin 3-cü kurs tələbəsi olub. Son vaxtlar onların ailəsində müəyyən problemlər, eləcə də maddi sıxıntılar varmış.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, N.Vahabova jurnalist, İTV-nin əməkdaşı Aytac Vahabovanın bacısıdır. A.Vahabova bacısının ölümü ilə bağlı sosial şəbəkədi səhifəsində status yazıb.
***
10:37
Fevralın 8-də Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, hadisə Yeni Yasamal 2, bina 5 ünvanında qeydə alınıb. Orada yaşayan 1993-cü il təvəllüdlü Vahabova Nigar Tahir qızı özünü asaraq intihar edib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi açılıb, intiharın səbəbi araşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat