Bakıda sərnişin avtobusu piyadanı vurdu: yolda tıxac yarandı




Paytaxtın Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, "Neftçilər" metro stansiyası yaxınlığında yolu keçmək istəyən orta yaşlı qadını avtobus vurub.

Hazırda yaralının vəziyyətinin kafi olduğu bildirilir. Yolda sıxlıq var.