Bakıda sərnişinlə dolu marşrut alışıb – VİDEO




Bakıda metronun "Qara Qarayev” stansiyasının yaxınlığında marşrut avtobusu od tutub.

"Sherg.az"ın teleqraf.com-a istinadən məlumatına görə, qəfildən alışan avtobusu sərnişinlərin vaxtında tərk etməsi bədbəxt hadisələrin qarşısını alıb. Hadisənin saat təxminən 15.00 radələrində baş verdiyi söylənilir.

Yanğının 36 saylı xətt üzrə hərəkət edən avtobusda qeydə alındığı bildirilir.

FHN-nin yanğınsöndürənləri dərhal hadisə yerinə gəlib və yanğının qarşısını vaxtında almaq mümkün olub.