Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyə olundu



Bakıda yanğın hadisəsi qeydə alınıb.

FHN-dən verilən məlumata görə, hadisə Nəsimi rayonunda yerləşən beşmərtəbəli yaşayış binasında baş verib.

Binanın 5-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 12 m² sahədə və içərisində 2 ədəd məişət avadanlığı, hamam otağının lambirindən ibarət tavanı 3 m² sahədə və plastik qapısı yanıb, yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Yanğın zamanı 8 nəfər yanğınsöndürən tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.