Bakının bu rayonlarında sürüşmə təhlükəsi var - SİYAHI
12:08 30.03.2017
Arxiv
429
Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin iclası keçirilib.
Sherg.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə AMEA-nın adı çəkilən bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Tədbirdə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və institutun elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Seymur Məmmədov "Məsafədən zondlama materialları əsasında Böyük Bakı ərazisinin mövcud ekogeomorfoloji vəziyyətinin CİS mühitində tədqiqi" mövzusunda birgə məruzə ilə çıxış ediblər.
Bildirilib ki, tədqiqatlar zamanı Böyük Bakı ərazisində baş verən geomorfoloji proseslərin təhlili aparılıb, kosmik radar məlumatları əsasında ərazinin relyefinin rəqəmsal modeli hazırlanıb və 1:50000 miqyasında rəqəmsal geomorfoloji xəritə tərtib edilib. Böyük Bakı relyefinin morfometrik təhlilinin də aparıldığını deyən məruzəçilər ilk dəfə hipsometrik, meyillik, səmtlilik, üfüqi və şaquli parçalanma xəritələri, yer səthinin ümumi, planlı və profil əyriliyinin xəritələri və diaqrammalarının tərtib olunduğunu diqqətə çatdırıblar.
Qeyd edilib ki, müvafiq ərazidə sürüşmə, yarğan-qobu şəbəkəsi, abraziya və eol prosesləri kimi ekzogen geomorfoloji proseslərin ətraflı öyrənilməsi nəticəsində sürüşmə təhlükəli ərazilər müəyyən olunub. Həmçinin, tədqiqatlar zamanı ekogeomorfoloji gərginlik zonalarının aşkarlandığı, Qaradağ, Nizami, Xəzər və digər rayonlarda potensial sürüşmə təhlükəli ərazilərin mövcud olduğu vurğulanıb.
Məruzədə Böyük Bakı ərazisi üçün kəmiyyət və keyfiyyət göstəriciləri əsasında sürüşmə təhlükəliliyinin rəqəmsal proqnoz xəritəsi və ona uyğun legenda tərtib edildiyi və bu nəticələrin Böyük Bakının yeni ərazilərində şəhərsalma işlərində istifadə üçün çox qiymətli olduğu bildirilib.
Məruzə dinlənildikdən sonra müzakirə aparılıb, suallar cavablandırılıb və bölmə məsələ ilə bağlı müvafiq qərar qəbul edib.
İclasda müzakirə olunan növbəti məsələ AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərlə bağlı olub. Fəxrəddin Qədirov bölmə üzrə həqiqi və müxbir üzvlüyə iki namizədin qeydə alındığını diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya