Bakının mərkəzində sex yandı



Bakı şəhərinin Nərimanov rayonunda yanğın olub. 

Sherg.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, taxta sexinin ərazisində yerləşən gözətçi köşkü 2 m² sahədə, taxta materiallar və yonqar 40 m² sahədə yanıb. 

Sex qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.