“Avtomobili idarə edən sürücünün kimliyi də məlumdur”
Bakının ortasında dananı maşına bağlayıb sürüdülər
08:31 10.07.2018
Arxiv
648
Vaqif Əsədov: “Araşdırmalar nəticəsində avtomobilin bir xanımın adına qeydiyyatda olduğu müəyyənləşib”
“Avtomobili idarə edən sürücünün kimliyi də məlumdur”
“Avtomobili idarə edən sürücünün kimliyi də məlumdur”
Sosial şəbəkələrdə insanın heyvani davranış sərgilədiyi video görüntülər yayılıb. Hərəkət halında olan "QAZel” markalı AZ 10 LO 913 dövlət nömrə nişanlı yük avtomobilinin arxasına bağlanmış dananı sürüyə-sürüyə aparmasının əks olunduğu video-görüntülər izləyənləri dəhşətə salır.
Aşkar görünür ki, dana avtomobilin sürəti ilə ayaqlaşa bilmir və əzab çəkir. Avtomobil hərəkətdədir, sağda-solda da avtomobillər şütüyür. Lakin kimsə nə dananı sürüyən avtomobil sürücüsünü xəbərdar edir, nə də kimsə avtomobilin qarşısını kəsib sürücünü vəziyyətdən xəbərdar edir, irad bildirmir.
Belə vəziyyətdə yol polisi öhdəsinə düşən nədir?
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov "Şərq”ə açıqlamasında sosial şəbəkələrdə yayılmış video-görüntü barədə məlumatlı olduğunu dedi:
- Anlayıram ki, siz bu məsələyə daha çox insani keyfiyyətlər baxımından yanaşırsınız. Amma bilməlisiniz ki, belə hal həm insani keyfiyyətlərə ziddir, həm də ev heyvanlarının daşınması qaydasının kobud şəkildə pozulmasıdır. Ev heyvanlarının avtomobilə daşınma qaydaları var. Sürücülər bu qaydalara riayət etməlidir. Konkret bu halda isə sürücü qaydaları da pozub, ev heyvanına qarşı çox kobud rəftar edib. Bilirsiniz ki, hazırda ölkəmizdə sahibsiz heyvanlarla bağlı humanitar layihələr həyata keçirilir. Belə olduğu halda, ev heyvanlarına qarşı bu cür qeyri-insani rəftar təbii ki, yolverilməzdir.
V.Əsədov bildirdi ki, araşdırmalar nəticəsində avtomobilin bir xanımın adına qeydiyyatda olduğu müəyyənləşib. Avtomobili idarə edən də, sürücünün kimliyi də məlumdur. Hazırda sürücünün aşkarlanması istiqamətində iş gedir. V.Əsədov qeyd etdi ki, qanun pozuntusu ilə bağlı konkret cəza nəzərdə tutulur:
- Avtomobilin sürücüsü aşkarlandıqdan sonra konkret cəza tədbiri görüləcək. Ötən il sahibsiz iti avtomobillə əzən sürücü haqqında da qanunamüvafiq qaydada tədbir görülmüşdü. Dana ilə bağlı yaşanmış hal da qanun pozuntusudur və sürücü məsuliyyətdən kənarda qalmayacaq.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya