"Baku Crystal Hall"ın dayaq borularından biri aşıb






"Baku Crystal Hall"da uçqun hadisəsi baş verib.
anspress xəbər verir ki, FHN-nin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun verdiyi məlumata görə, binanın dayaq borularından biri aşıb.
Hadisə bu gün günorta saatlarında baş verib. "Hadisə yerinə dərhal FHN əməkdaşları cəlb olunub. Hazırda bina üçün heç bir təhlükə yoxdur" - deyə Oqtay Bayramov bildirib.