“Banklar dollarla kredit verməyə məcbur idi…” - Rüfət Aslanlı
21:40 24.04.2016
Arxiv
796
"Son bir il ərzində Azərbaycanda bank aktivləri 1,7 milyard manata qədər azalıb”.
Bu sözləri maliyyə bazarlarına nəzarət palatasının rəhbəri Rüfət Aslanlı ANS-in "Hesabat” verilişində Mir Şahinin suallarını cavablandırarkən deyib.
Son devalvasiyadan öncə ölkədə dollarlaşmanın-əhalinin gəlirlərinin xarici valyutada saxlanıldığını söyləyən Rüfət Aslanlı bank depozitlərinin ən aşağı səviyyədə 37-38%i dollarla olduğundan bankların bu vəsaitləri dollarla kredit verməyə məcbur qaldığını qeyd etdi.
"Bu devalvasiyalar ona gətirdi ki, əhalinin xarici valyutada aldıqları borcların manat yükü devalvasiya səviyyəsində artdı. Təxminən 95%. Belə olan halda insanlar artıq öz borclarını ödəməyə çətinlik çəkməyə başladılar. Bu da banklarda müəyyən likvidliyin azaldılması proseslərinə gətirdi. Yəni büdcə xərclərini azalmasına gətirib çıxardı. Bir tərəfdən kreditlərin xidmət haqları, digər tərəfdən də banklardakı ehtiyatlar azaldı. Bir vaxtlar banklara pul axınları pozitiv idi indi isə, əksinə bankların aktivləri bir qədər azalıb. Son bir il ərzində bank aktivləri 1,7 milyard manata qədər azalıb”,- deyə Rüfət Aslanlı bildirdi.
Qonaq bankların aktivlərinin azalmasının onları başqa bir rejimdə işləməyə məcbur etdiyini, yəni əvvəllər bankların aktiv satdığı halda indisə aktivləri yığdığını, verdiyi kreditləri geri almağa başladığını bildirdi.
"Biz elə etməliyik ki, burada hər bir vətəndaşın marağı qorunsun. İctimai vəziyyəti nəzərə alaraq banklar öz kapitalları, əvvəlki illərdə yığıdıqları ehtiyatları nəzərə alaraq bu dövrdə bir qədər yumşaq davranış nümayiş etdirə bilərlər və bunu da edirlər”, - deyə Rüfət Aslanlı vurğuladı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm