Baş Dövlət Yol Polisində kadr dəyişikliyi olub





Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) "Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinə (İLİİ) yeni rəis təyin olunub.
Report-un verdiyi məlumata görə, idarə rəisi Məhəmməd Məmmədov vəzifədən azad edilib. Buna səbəb M.Məmmədovun təqaüd yaşına çatması göstərilib.
Onun yerinə polis polkovnik-leytenantı Mahir Məmmədyarov təyin edilib.
M.Məmmədyarov bundan əvvəl BDYPİ-də tağım komandiri vəzifəsində çalışıb.