Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı, parlamentin Səhiyyə Komitəsinin sədri Lusine Badalyanın Rusiyaya girişi qadağan edilib.
Teleqraf xəbər verir ki, deputat bu barədə sosial media səhifəsində yazıb.
“Bu gün MDB Parlamentlərarası Assambleyasının Sosial Siyasət və İnsan Hüquqları Komitəsinin növbəti iclasında iştirak etmək üçün Sankt-Peterburqa getməyi planlaşdırırdım. MDB Parlamentlərarası Assambleyasında Ermənistan Milli Məclisinin nümayəndə heyətinin üzvü kimi, gündəliyinə 16 məsələ daxil olan sessiyanın işində iştirak etməli idim. Amma Rusiya Federasiyasına girişimə icazə verilmədi və ora girişimin qadağan olunduğunu bildirdilər. Hansı səbəbdən olduğu məlum deyil”, - hakim partiyanın üzvü deyib.
Lusine Badalyan Rusiyanın bu qərarını “qəribə və narahatedici vəziyyət” adlandırıb.