Baş nazirdən icbari tibbi sığorta ilə bağlı MÜHÜM QƏRAR
09:15 20.03.2020
Arxiv
535
Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi Qaydası”nı təsdiq edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qaydalar 2020-ci ildə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müəyyən edilmiş icbari tibbi sığorta haqqının mərhələli şəkildə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi qaydasını müəyyən edir.
Sığorta haqqının adambaşına məbləği Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”na uyğun olaraq, icbari tibbi sığortanın yanvar-mart aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, aprel-iyun aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat, iyul-sentyabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 45 manat, oktyabr-dekabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 22,5 manat təşkil edir.
Sığorta haqqının ümumi məbləği nəzərdə tutulan sığorta haqlarının ölkənin inzibati ərazi vahidləri üzrə əhalinin (həmin inzibati ərazi vahidlərində yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatda olan şəxslərin) sayına hasili qaydasında hesablanır. İnzibati ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin sayı barədə məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən hər rübün 2-ci ayının 15-dən gec olmayaraq, Maliyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim olunur. İnzibati ərazi vahidlərində olduğu yer üzrə qeydiyyatda olan şəxslərin sayı barədə məlumatlar Agentliyin elektron informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edilir.
Maliyyə Nazirliyi tərəfindən sığorta haqqı hər ay üçün bərabər hissələrlə növbəti ayın 15-dən gec olmayaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ödənilir. Eyni zamanda, bu qaydada ödənilməsi nəzərdə tutulan sığorta haqqının maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin aylıq və rüblük bölgüsünü İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla təsdiq edir.
Bu qaydada göstərilən qaydada təqdim edilən məlumatlara əsasən icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq, il ərzində əhalinin sayındakı artım və ya azalmalar nəzərə alınmaqla, həmin bölgüdə müvafiq dəyişikliklər edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kəlbəcərdə mina partlayışı olub
14:17 10.07.2026
Gündəm
Milli Məclisin növbəti iclası iyulun 13-də keçiriləcək
13:57 10.07.2026
Gündəm
Sabah 38 dərəcə isti olacaq
13:24 10.07.2026
Ekologiya
"Sədaqətin Sükutu" layihəsi Zaqatalada davam edir
13:09 10.07.2026
Ölkə
Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi - ŞƏRH
13:06 10.07.2026
Gündəm
İnzibati Xətalar Məcəlləsində dəyişiklik ediləcək
12:57 10.07.2026
Gündəm
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
12:55 10.07.2026
İqtisadiyyat
Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi
12:47 10.07.2026
Gündəm
Kamilo Duran "Qarabağ"dan "Seltik"ə transfer olundu
12:26 10.07.2026
Futbol
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
12:20 10.07.2026
İqtisadiyyat
Kıvanç Tatlıtuğ ikinci dəfə ata olacaq
12:15 10.07.2026
Şou
Kəlbəcərdə iki mina partladı
12:10 10.07.2026
Hadisə
FHN “İçərişəhər” qoruğunda təlim keçirəcək
11:57 10.07.2026
Gündəm
Bu məhsullar gömrük rüsumundan azad edilir
11:49 10.07.2026
İqtisadiyyat
"Cəddin Dədən": Bir marşdan daha artıq
11:22 10.07.2026
Maraqlı