Baş Prokurorluq 3 il sonra ANS-ə bəraət verdi: "Günahımızın olmadığı tam sübuta yetirildi"




"Ramazan ayının başladığı bu mübarək gündə bir şad xəbəri də bölüşmək istəyirəm. Bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə tam bəraət qazandıran məktub aldıq”.

Bunu ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev bildirib.

"Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi! (Unikal.org) Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan xalqı və dövləti, daim bizə etimad göstərən olkəmizin Prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi! Çingiz demişkən: "Heç kim və heç nə unudulmayacaq!", - Vahid Mustafayev vurğulayıb.