
Baş redaktorun evindən 48 min manat pul və qızıl apardılar
13:03 23.02.2016
Arxiv
716

Bakının Binəqədi rayonu ərazisində Rəsulzadə qəsəbəsində oğurluq hadisəsi qeydə alınıb. Lent.az-ın musavat.com-a istinadən məlumatına görə, hadisə Stroy Detal küçəsi 6B ünvanında baş verib.
Evin sahibəsi Samirə Nəsirovanın sözlərinə görə, hadisədən bir gün əvvəl axsam saatlarında yorgun olduğu üçün üzərində olan qızılzinət əşyalarını vazanın içinə qoyub. Nəsirova bildirib ki, avtomobil almaq üçün saxladığı 48 min manat pul da həmin vazada olub. Səhəri gün səhər saatlarında təcili evdən çıxıb işə gedən 36 yaşlı qadın qızıl və pulu evdə unudub. Elə hər sey də bundan sonra baş verib.
Samirə Nəsirova deyir ki, uzun müddətdir evində kirayədə yaşayan Mehriban adlı qadına zəng vurub, pulları və qızılları götürməyi xahiş edib: "Mən bir də ona zəng vuranda dedi ki, narahat olma, götürmüşəm, məndədir”.
Uzun müddətdir Samirə Nəsirovanın evində kirayə qalan və hörmət qazanan kirayəçi ev sahibəsini arxayınkaşdırır. Lakin axşam saatlarında evinə gələn Nəsirova isə tamamilə başqa bir mənzərə ilə rastlaşır: "Baxdım ki, qızıllar və pullar qoyduğum yerdə yoxdur. Sevindim ki, Mehriban götürüb. Çevriləndə baxdım ki, televizor yerində yoxdur. Paltaryuyan maşını da yerində tapa bilmədim. Mehribana zəng vurdum, amma telefonuna zəng çatmadı. Əri Fiata zəng vurdum, dedi ki, yük maşını sürürəm, yoldayam”.
Samirə Nəsirova Mehribanı tapır. O isə bldirir ki, oğurluğu onun ikinci əri Fiatın oğlu Babək edib. Televizor geri qaytarılsa da, qızıl və puldan xəbər çıxmayıb. Bir müddət sonra Mehribanın özü də qeyb olur.
Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. İlkin araşdırma nəticəsində məlum olub ki, ev sahibinin Mehriban kimi tanıdığı kirayəçinin əsl adı Şərəfnisədir. O, əvvəllər də oğurluq etdiyinə görə məhkumluq həyatı yaşayıb.
O da üzə çıxıb ki, Şərəfnisə Bakının Yasamal, Səbail və Nizami rayon polis idarələri tərəfindən də axtarılır. Bu axtarışlara artıq Binəqədi rayon Polis İdarəsi əməkdaşlarıda qoşulub.
Qeyd edək ki zərərçəkən Samirə Nəsirova "Ata yurdu” qəzetinin baş redaktoru olduğunu deyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya