Başını sobaya vurdu və...

Sadə yaradan az qala ölürdü
Başınızı bir yerə vurduğunuzda ən pisi nə ola bilər? 46 yaşlı bir qadının həyatı başını öz evində sobaya vurduqdan sonra qaraldı.  Talehsiz qadın ölümcül infeksiya tapdı, üzünün yarısını itirdi. "Daily Mail"in xəbərinə görə, Lidsdə yaşayan Donna Corden, bu ilin başında başını öz mətbəxindəki sobaya vurduqdan sonra sol qaşında bir açılma yarandı. 24 saat sonra üzü şişdi. Bir anda dəli olan Donnanın başı da ağrıyınca xəstəxanaya qaçdı.
Həkimlər, ət yeyən bakteriya olaraq bilinən "nekrotizan fasiit" diaqnozu qoydu. Ona ən pis vəziyyətə  hazırlan dedilər. Donnanın üzünün yarısı çürüməyə başlayan kimi kəsilib alındı. Ancaq günlər sonra qan zəhərlənməsi yaşadı. Orqanları da sıradan çıxmağa başlayan 3 uşaq anası reanimasiyaya yerləşdirildi. Donnanın aşağı nahiyyəsindən alınan dəri üzünə nəql edildi. Çox çətin günlər keçirən qadın üzünün halına baxmayaraq həyatda olduğu üçün şükr edir. Sadə bir yaranın az qala canı bahasına başa gələcəyinə hələ də inana bilmir.