Baxçalı Davudoğlunun görüş tələbini rədd etdi

Baş nazir bu gün Çankaya köşkündə Kılıçdaroğlu ilə bir araya gələcək
Ankarada yaşanan terror hadisəsi sonrasında MHP lideri Baxçalı və CHP lideri Kılıçdaroğlunu Çankaya köşkünə dəvət edən baş nazir Davudoğlunun dəvətinə Dövlət Baxçalıdan mənfi cavab gəldi. Baş nazirlik qaynaqlarından verilən  məlumata görə,  dəvət ilə əlaqədar MHP-nin, "Hörmətli baş nazir, hörmətli Baxçalının "xeyr' cavablarına alışdığı  üçün bu görüş tələbinə də 'xeyr' deyirik" ifadəsi ilə rədd etdiyi öyrənildi. Davudoğlu, Kılıçdaroğlu ilə bu gün Türkiyə  vaxtı ilə  saat 15.00-da Çankaya köşkündə görüşəcək.