"Bazarlarda 100 faiz gübrələrlə saxlanılmış qarpız satılır” - ZƏHƏR SAÇIR




"Hazırda bazarlarda 100 faiz gübrələrlə saxlanılmış qarpızlar satılır”.

Bunu Sherg.az-a hazırda bazarlarda satılan qarpızların sağlamlığa təhlükəli olub-olmaması barədə danışarkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. 

O bildirib ki, hətta qarpız mövsümündə də gübrəli qarpızlara rast gəlmək olur:

"İnsanlar qarpız aldıqda, yedikdə mütləq şəkildə diqqətlə yanaşmalıdır. Normadan artıq yeyildikdə zəhərlənmə riski daha da çoxalır. İnsanlar indi yeyilən qarpızla zəhərlənməsələr belə ağciyərlərində, oynaqlarında zərərli maddələr toplanar.

Qarpızın zərərli olub-olmadığını xüsusi cihazla müəyyən edirik. Həmin cihaz daim yanımda olduğuna görə, ötən il də satın almaq istədiyim qarpızları onunla yoxladım. Nəticədə örümdə ilk dəfə ən az qarpız yedim. Cihazın yoxlaması ilə respublikada cəmi üç qarpız tapdım ki, tam təhlükəsiz yetişdirilmişdi. Ona görə, dəqiqliklə deyə bilərəm ki, ölkə ərazisində bununla bağlı ciddi problemlər var”.

Qeyd edək ki, yay mövsümünün gəlişi ilə əlaqədar artıq bazarlarda qarpızın satışına başlanıb. Əhali isə qarpızların bu aylarda gübrəli olması və zəhərlənmələrə yol açması təhlükəsindən dolayı təşvişdədir.

Aysel Aslan