"Bələdiyyələr və Bakı şəhər İcra Hakimiyyətinin nəzdində pulsuz çimərliklər olmalıdır"
13:13 04.07.2018
Arxiv
738
Yay fəsilinin başlar-başlamaz istilər insanlara öz təsirini göstərir. İsti havada istirahət etmək, dincəlmək istəyən vətəndaşlar adətən dənizə üz tuturlar. Amma çimərliklərimizə giriş qiymələri sanki bu istilərdən ilham alır. Çimərliklərə giriş və daxildəki xidmət qiymətləri istirahət etmək istəyən bir ailənin arzusunu asanlıqla puç edir. Ailə üzüvlərinin hər birinin giriş pulu, çimərlik daxilindəki xidmət xərclərini hesablayanda heç də ürək açan mənzərə yaranmır. Və məlum vəziyyət cəmiyyətdə müəyyən etirazlara səbəb olur.
Vəziyyəti dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli də "Sherg.az"a bildirib ki, ümumi çimərliklərin fəaliyyətindəki işləmə mexanizm yenidən qurulmalıdır:
Bu məsələyə iki rakursdan yanaşmaq lazımdır. Birincisi, bələdiyyələrin, Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan pulsuz, ictimai çimərliklər olmalıdır. Çünki dünyanın hər yerində belə bir təcrübə var. Həmin çimərliklərdə bütün xidmətlər qeyd etdiyim qurumlar tərəfindən, pulsuz şəkildə həyata keçirilməlidir. İkincisi də, müqavilələrlə yaradılmış özəl istirahət mərkəzi şəkilində olan çimərliklər olmalıdır.
Onların da qiymətləri nisbətən yüksək qoyulmalıdır ki, buradan bələdiyyələrin aldıqları vergilər hesabına ictimai çimərliklərdə hər şərait təmin olunsun. Bunun əsas çıxış yolu budur. İcarəyə çimərlik götürənlər isə şikayət edirlər ki, icarələrin qiymətləri çox yüksəkdir. Söhbət ay ərzində icarəsinə 30, 40 bəzəndə 50 min manat verilən çimərliklərdən gedir.
Onlarda icarə haqqını çıxarmaq və oradan pul qazanmaq üçün qiymətləri yüksək qoyurlar. Burada tənzimləmə elə olmalıdır ki, həm ictimai çimərliklər təmamilə pulsuz, icra hakimlərinin nəzdində olsun və insanların orada istirahəti üçün istənilən şərait yaransın.
Bu şəraitdə həmin ödənişli sektordan alınan vergilər hesabına həyata keçirilsin. Özəl sektora isə qiymət təyin etmək mümkün deyil. Ora qiymət təyin etsək, bazar iqtisadiyyatının qaydaları pozulur. Bunun üçün rəqabətli mühit yaradılmalıdır. Özəl sektorların sayı çoxaldılmalıdır.
Bunun hər hansı şəxs və ya qurum tərəfindən idarə olunması ilə qiymətləri təyin olunması o qədər məntiqli deyil. Üstəgəl, bazar iqtisadi qaydalarına uyğun deyil. Sadəcə, burada ortaq məxrəc tapılıb tənzimləməni doğru-düzgün həyata keçirmək lazımdır ki, pulsuz çimərliklərdə keyfiyyət yüksək səviyyədə olsun.
Eyni zamanda pulu çox olan vətəndaşlar özəl çimərliklərdə dincəlmək istəyirsə, onun üçündə şərait yaradılmalıdır. Özəl çimərliklərdə də qiymətlər yüksək qoyulmalıdır ki, ictimai çimərliklərdə şərait normal olsun".
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat