Beş deputata yeni vəzifə verildi – Komissiyanın tərkibi artırıldı





Milli Məclisin yaz sessiyasının ilk iclasında gündəlikdə duran iki məsələ, İntizam komissiyasının və Hesablayıcı komissiyasının yenidən təşkili müzakirə olunub.

Sherg.az-ın xəbərinə görə, hər iki məsələ səsə qoyularaq qəbul edilib.

Bununla da İntizam Komissiyasının tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa ilə yanaşı, yeni üzvlər - Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kazımzadə, Fəzail İbrahimli də daxil edilib.
Kamran Nəbizadə komissiyanın tərkibindən çıxarılıb.
Xatırladaq ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb.

Qanunverici orqanın Hesablayıcı komissiyasının isə tərkibi dəyişməyib.

Komissiyaya Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Xanhüseyn Kazımlı, Rafael Hüseynov, Zahid Oruc, Mixail Zabelin və Sədaqət Vəliyeva daxildir.

Anar