Bəyannamə layihəsi: Azərbaycanın istifadə olunmamış qaz resursları "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsini təmin edə bilər
09:43 02.02.2019
Arxiv
501
Azərbaycanın istifadə olunmamış əhəmiyyətli qaz resursları Avropaya "Cənub Qaz Dəhlizi" vasitəsilə əlavə qaz tədarükünü təmin edə bilər.
Trend-in məlumatına görə, bu barədə fevralın 20-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 5-ci iclasının yekunu üzrə imzalanması nəzərdə tutulan bəyannamənin layihəsində deyilir.
Sənəddə bildirilir ki, "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsində əhəmiyyətli tərəqqiyə nail olunacaq:
"Biz 2020-ci ilə Avropaya təbii qazın çatdırılmasını təmin etmək məqsədilə layihənin vaxtında yekunlaşması üçün səy göstərməyə davam edəcəyik. "Cənub Qaz Dəhlizi"nin bütün digər seqmentləri başa çatmağa yaxındır və ilk qaz İtaliyaya 2020-ci ildə çatdırılmalıdır".
Bəyannamədə Gürcüstan, Türkiyə və Avropaya rəqabətqabiliyyətli və əlverişli enerji resurslarının təhlükəsiz və davamlı tədarükünün təmin edilməsi üzrə səylərin reallaşdırılmasında Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsində aparıcı oyunçu kimi strateji rolu vurğulanır.
Sənəddə Azərbaycanın və beynəlxalq energetika şirkətlərinin o cümlədən Avropanın özündə, "Cənub Qaz Dəhlizi" layihəsinə investisiyaları yüksək qiymətləndirilir:
"Biz Azərbaycanın və investisiya şirkətlərinin tədarükün davam etdirilməsi və "Cənub Qaz Dəhlizi"nin mümkün genişləndirilməsi üçün "Abşeron", "Ümid-Babək", "Qarabağ", "Əşrəfi", "Dan Ulduzu", "Şahdəniz-3" və digər yataqların işlənməsi kimi layihələrin inkişafına kömək etmək barədə qərarlarını alqışlayırıq".
Bəyannamə layihəsində, həmçinin potensial əlavə yeni qaz tədarükçülərinin gələcəkdə Avropaya və digər ölkələrə təbii qaz nəqlinin şaxələndirilməsi üçün "Cənub Qaz Dəhlizi"ndən istifadəyə maraq göstərməsi alqışlanır, Avropaya əlavə qaz tədarükü ilə bağlı müzakirələrə dəstək ifadə olunur.
Birgə bəyannamənin Azərbaycan, Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Gürcüstan, Yunanıstan, İtaliya, Türkiyə, Xorvatiya, Monteneqro, Rumıniya, San-Marino, Böyük Britaniya, ABŞ və Avropa İttifaqı nümayəndələri tərəfindən imzalanacağı nəzərdə tutulur.
Qeyd edək ki, 2018-ci il mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim baş tutub.
"Cənub Qaz Dəhlizi"nə "Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik "Şahdəniz” Azərbaycanın ən iri qaz-kondensat yatağı və "Cənub Qaz Dəhlizi"nin hasilat mənbəyidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region