“Bəzən maddi sıxıntılarımız olur”
22:01 05.02.2016
Arxiv
994
Sona İbadova: “Çalışıram ki, oğlum atasının yoxluğunu hiss etməsin”
Azərbaycan şou-biznesində reper Hüseyn Dərya seçilən sənətçilərdən olub ki, onun böyük fanat ordusu vardı. O, kassaya işləyən tək reper idi ki, konsertlərdən gəlir əldə edirdi. Onun konsertləri dünya ulduzlarının düzənlədiyi şoular kimi anşlaqlı keçirdi.
Sözün əsl mənasında Hüseyn Dərya ulduz həyəcanı yaşayan sənətçi olub. Hüseynin qəfil faciəli ölümü onun barədə müxtəlif söz-söhbətlər yaratdı. Hüseynin ölümündən sonra onun adı ilə özünü reklam edən də oldu, həqiqətən sadiqliyini nümayiş etdirən dostlar da tapıldı.
Mərhum reper Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona İbadova ilə söhbətləşdik. Bizim üçün də maraqlıdır ki, Hüseyn Dəryadan sonra onun oğlu necə dolanır. Ailənin ehtiyacını ödəmək üçün reperin keçmiş həyat yoldaşı harda çalışır? Hüseyn Dəryanın oğlunun nəyə ehtiyacı var?
"Şərq”ə açıqlama verən Sona İbadova "Hüseyndən sonra bizim ailə üçün ağır oldu. Çünki oğlum atasını çox istəyirdi. Hüseyn də onunla nəfəs alırdı. Hüseyn Azərbaycan reperləri arasında ən çox fanatı olan sənətçi olub. Bunu onun ölümü də sübut etdi. Hüseyni itirdikdən sonra Kənan M.M bizimlə maraqlanır, dəstək olur. Prodüsser Sayqa da həmişə bizimlə əlaqə yaradır, soruşur, dərdimizi öyrənir. Bu yaxınlarda oğlum müsəlman oldu. Kənan M.M onun kirvəsidir. Yəni Kənan bəziləri kimi efir xatirinə Hüseynlə dost olduğunu göstərmirdi. O, Hüseyni əsl dost kimi istəyirdi. Elə böyük məclis etməsək də, Kənan ailəmizin yanında oldu. Oğluma da əmilik edir” söylədi.
Reperin həyat yoldaşı dolanışıqlarından da danışdı. Bildirdi ki, oğlu üçün əlindən gələni etməyə çalışır. Amma bəzən maddi sıxıntıların olduğunu da dilə gətirdi: "Hazırda mən Gilavar qrupu ilə prodüsser kimi çalışıram. Ordan oğlumu dolandırıram. Təbii ki, bu bəs etmir. Anam da maddi-mənəvi köməyini göstərir. Bəzən çətinliklər olur. Amma çalışıram ki, oğlum Hüseynin yoxluğunu hiss etməsin”
Sona İbadova Hüseynlə bağlı bir neçə layihə üzərində çalışdığını da bildirdi: "Hüseynin ölümündən sonra bir çoxları onun adından özlərini reklam etməyə çaılışdılar. Mənim bir sözüm yoxdu. Əsas odur ki, Hüseynin adı hallanır. Hüseyn sağlığında bir layihə hazırlamaq arzusunda idi. Deyirdi ki, Namiq Qaraçuxurlu ilə duet hazırlayacaq. Amma qismət olmadı. Mən onun bu layihəsinin həyata keçməsini çox istəyirəm. Verilişlərin birində Namiq Qaraçuxurlu ilə bir proqramın qonağı idik. Bu barədə ona deyəndə Namiq Qaraçuxurlu böyük məmnuniyyətlə bu layihənin həyata keçməsində iştirak edəcəyini bildirdi. Hazırda Namiq Bakıda yoxdu. Prodüsseri ilə tez-tez əlaqə yaradıram. İnşallah, Namiq Qaraçuxurlu ilə Hüseyn Dəryanın virtual dueti hazırlanacaq. Bu duetə klip də çəkiləcək. Mən bunun üçün çalışıram. Təqdimat mərasimi edib Hüseyni sevənləri o təqdimatda görmək istəyirəm. Hüseyn öləndən sonra da ona maraq azalmayıb. Dünyaca məşhur reper Tupak qədər Hüseyni də sevənlər çox idi. Mən istəyirəm həm Hüseynin ruhu şad olsun, həm də onun pərəstişkarları sevinsin”.
Sona İbadova ilə söhbətimiz zamanı Hüseynin ilk həyat yoldaşı Sevda ilə münasibətlərinin olub-olmadığını soruşduq. Sona İbadova o xanım barədə danışmaq istəmədiyni dilə gətirdi. Bildirdi ki, onlar barədə qətiyyən danışıb açıqlama vermək istəmir.
Xatırladaq ki, Hüseyn Dəryanın ilk həyat yoldaşı Sevda adlı xanım olub. Bu izdivacdan Hüseynin bir qızı var. Hüseynin ölümündən sonra onun qızı ilə oğlu arasında münasibətlərin yarandığı, bacı-qardaş arasında soyuqluğun aradan götürüldüyü deyilsə də, deyəsən onlar arasında yaranan buzlar hələ də əriməyib.
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat