"Bildim məni vuracaq, mən onu vurdum..."
19:58 04.02.2016
Arxiv
579
Bakıda qadın qeyri-rəsmi yaşadığı sevgilisini bıçaqlayıb, xəstəxanaya aparıb
Bakıda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə Nizami rayonu, Şirin Mirzəyev küçəsi 58 saylı binada baş verib. Paytaxt sakini Emin Bayramov qeyri-rəsmi yaşadığı Aygün Ağayeva ilə mübahisə edərkən qadın mətbəx bıçağı ilə ona xəsarət yetirib.
Aygün Ağayevanın sözlərinə görə, onların tanışlığı bir müddət əvvəl baş verib. Kafedə işləyən Aygün Eminlə tanış olub və qeyri-rəsmi yaşamağa başlayıblar: "Gördüm bu işlə çatdırmıram. Əl çəkmədi, tanış olduq. Sonra mənə dedi ki, heç yerə çıxmayacaqsan, özüm baxacağam sənə. Bir az baxdı, sonra baxmadı. Özü gedib yeyib-içirdi".
Fevralın 2-də axşam radələrində Emin Bayramov sərxoş vəziyyətdə tanışı Aygünə zəng edir: "Dedi, səni aparacağam yeyib-içməyə, dedim getmirəm. Qayıtdı ki, mən indi gəlirəm, görərsən. Gəldi ki, mən meyxana deməyə gedirəm, sən də otur yanımda, etiraz etdim. Stolun üstündəki stəkanı atdı, televizorun ekranı sındı".
Evdə yaranan mübahisə nəticəsində saxlanılan şəxsin qızları polisə zəng etmək istəyərkən Emin onları da vurmağa başlayır. Bu zaman qadın mətbəxə gedib, orada gizlənir: "Gördüm dözə bilmirəm, qaçdım mətbəxə. Yuyub bıçaqları kənara qoymuşdum. O, arxamca gəlib əlini atdı bıçağa. Bildim məni vuracaq, mən onu vurdum".
Yaralı Emin Bayramovu xəstəxanaya Aygün Ağayeva aparıb. Həkimlərin səyi nəticəsində onun həyati təhlükəsi aradan qaldırılıb. Xəstəxanadan hadisə ilə bağlı aidiyyəti üzrə Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsi məlumatlandırılıb. Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Aygün Ağayeva saxlanılaraq, istintaqa təhvil verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat