Binalarda evlər dollarla təklif olunur
21:57 05.02.2016
Arxiv
732
Hazırda dəyərindən aşağı qiymətlə təklif edilən mənzillər belə satılmır
"Fevral ayından etibarən mənzil bazarında ciddi dəyişikliklər baş verib. Artıq mənzil və ya obyektlər dollarla satışa çıxarılır”. Bu barədə "Şərq”ə Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı bildirib.
Onun sözlərinə görə, manatın ikinci devalvasiyasından dərhal sonra qiymətlər artıb. Lakin bahalaşma cəmi bir neçə gün davam edib: "Hazırda mənzil bazarında durğunluq yaranıb. Hətta dəyərindən aşağı qiymətlə təklif edilən mənzillər belə satılmır. Aparılan müşahidələrə görə, mənzil bazarında ciddi dəyişikliklər var. Əhalinin manata etibarı azaldığı üçün 2007-2008-ci ildə olduğu kimi, mənzillər dollarla təklif olunur”.
Mərkəz rəhbəri bəyan edib ki, yalnız yeni tikililərdə cüzi qiymət artımı müşahidə edilir. Köhnə tikililərdə isə mənzillərin qiyməti bahalaşdırılmayıb: "Məsələn, metronun "Elmlər Akademiyası” stansiyasının yaxınlığında köhnə tikilidə 2 otaqlı mənzillər 80-85 min manata təklif edilir. Lakin yeni tikililərdə hər kvadratmetrə görə qiymətlər 100-150 manat arasında artırılıb. Metronun "Nərimanov” stansiyasının ətrafında 3 otaqlı mənzillərin qiyməti 110-115 min manatadır. Metronun "Əhmədli” stansiyasının yaxınlığında 3 otaqlı 80-85 min manata təklif edilir”.
Ekspert diqqətə çatdırıb ki, ötən ilin əvvəlinə nisbətən qiymətlər ucuz olsa da, alqı-satqı yoxdur: "Son bir neçə ildə mənzil bazarında indiki kimi durğunluq müşahidə edilməyib. Hələlik alıcılar gözləmə mövqeyindədirlər”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat