Biz istəyirik ki, partiyanı təsis edərkən ilk dördlükdə təmsil olunaq. Ona görə də bir qədər gözləyirik
“Bir çox partiyalardan öndə olacağıq”
20:58 10.02.2016
Arxiv
1035
Tural Abbaslı: "Birinci hədəfimiz hakimiyyətə gəlməkdir”
Biz istəyirik ki, partiyanı təsis edərkən ilk dördlükdə təmsil olunaq. Ona görə də bir qədər gözləyirik
Biz istəyirik ki, partiyanı təsis edərkən ilk dördlükdə təmsil olunaq. Ona görə də bir qədər gözləyirik
"Bizim qeyri-adi hədəflərimiz yoxdur. Əgər müxalifət partiyası olaraq formalaşırıqsa, birinci hədəfimiz hakimiyyətə gəlməkdir”. Bunu "Şərq”ə açıqlamasında "Ağ blok”un sədri Tural Abbaslı deyib. Gənc siyasətçinin sözlərinə görə, yeni partiyanın uğursuz və ya uğurlu olacağını zaman göstərəcək:
"Əsas odur ki, təşəbbüsümüz, siyasi iradəmiz, təcrübəmiz və bacarığımız var. Bu kriteriyalardan yola çıxırıq. Əgər qərarımız kimlərdəsə narazılıq doğurubsa, deməli, buna ciddi əsas var. Əminəm ki, planlaşdırdığımız hədəfləri həyata keçirə bilsək, müxalif siyasi arenada bir çox partiyadan öndə olacağıq. Siyasi proseslərin önündə gedəcəyik. Düzdür, bunun necə olacağını zaman göstərəcək, amma bugünə qədər digər partiyaların sərgilədiyi potensialı analiz edəndə bu nəticəyə gəlmək olur”.
T.Abbaslı bildirib ki, yaradılacaq olan əsas partiyanın qayəsi narazı gəncləri siyasi proseslərə qoşmaq və mühiti canlandırmaqdır: "Güman edirəm ki, buna nail olacağıq. Yaxın vaxtlarda Azərbaycan ictimaiyyəti yeni və güclü bir siyasi quruluşla tanış olacaq. Çalışacağıq ki, may ayına qədər qurultayı keçirək. Qurultayın texniki, təşkilati tərəfləri ilə yanaşı, siyasi və hüquqi tərəfləri də var. Hələlik bu məsələləri həll etməyə çalışırıq. Əsas məqsədimiz qeydiyyatdan keçməkdir. Qeyri-formal fəaliyyət göstərən siyasi institut olmaq istəmirik. Bu gün Azərbaycanda 54 qeydiyyatdan keçmiş partiya var. Biz günü sabah təsis konfransı keçirib həmin partiyaların ən azı 90 faizindən öndə olarıq. Amma biz istəyirik ki, partiyanı təsis edərkən ilk dördlükdə təmsil olunaq. Ona görə də bir qədər gözləyirik. Başlanğıc üçün kadr potensialımız var. Moskva birdən-birə qurulmayıb ki”. "Ağ blok”un rəhbəri partiyanın qeydiyyat məsələsinə də münasibət bildirib: "Nəzərə alsaq ki, 2003-cü ildən bu yana özünə müxalifət deyən heç bir siyasi partiya rəsmi qeydiyyatdan keçə bilməyib, onda düşünmək olar ki, "Ağ blok”un da qeydiyyatı gecikəcək. Amma çalışacağıq ki, bunu alternativ yollarla həll edək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat