Bir həftə ac kanalda qaldı

65 yaşlı kişi, yeməyə bir şey tapa bilmədiyi üçün saçlarını yeyib
Adanada içində su olmayan suvarma kanalına düşən yaşlı adam bir həftə sonra fərq edilərək xilasedicilər tərəfindən qurtarılıb. 
Təxminən bir həftə əvvəl su olmayan kanalın kənarında gəzən 65 yaşlı Mahmud Alperoğlu ayağının sürüşməsi nəticəsində kanala düşür. Yaşlı kişi kanalın dərinliyi təxminən 6 metr olduğundan tək başına kanaldan çıxa bilmir. Kanal məskunlaşma yerindən uzaq olduğuna görə yaşlı adamı kimsə fərq etmir. Yıxılan zaman yaşlı adamın burnunda və üzündə ciddi yaralar əmələ gəlib. O, bir həftə kanalda qışın bu soyuq günündə yaşamaq məcburiyyətində qalır. Kişi bir həftə sonra kanalın kənarına gələn bir vətəndaş tərəfindən fərq edilir, dərhal hadisə polis və sağlamlıq qruplarına bildirilir.
Hadisə yerinə gələn polis kanaldakı adamın yanına enir, ancaq onu çıxarda bilmir. Bu səbəblə xilasedicilərdən yardım istənilir. Hadisə yerinə gələn xilasedicilər kanala nərdivan və ip ataraq sağlamlıq qruplarıyla birlikdə aşağı enir. Sağlamlıq qrupları yaşlı adamı xərəyə qoyaraq
kanaldan çıxarır. Təcili yardıma aparılan yaşlı adam, bir həftədir kanalda olduğunu, yeməyə bir şey tapa bilmədiyi üçün saçlarını yeyərək həyatda qaldığını söyləyib. Qoca müalicə altına alınıb.