Bir qədər vaxt aparacaq...
08:23 06.06.2018
Arxiv
481
Amma türk ordusu Qandili də nəzarətə götürəcək
Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda apardığı anti-terror əməliyyatları uğurla davam edir. Üç gün ərzində İraqın bir çox məntəqəsi, o cümlədən Hakurk bölgəsi terrorçu PKK-dan tamamilə azad olunub. Artıq PKK-nın əsas bazası rolunu oynayan Qandilə yol açıqdır. Terrorçu yuvasına sadəcə bir neçə kilometr məsafə qalıb.
Türkiyə hökumətinin sözcüsü Bəkir Bozdağ ordunun hər an Qandilə girə biləcəyini deyib. Bozdağ terrorçuların Türkiyə üçün təhdid olduğunu və ordunun sona qədər gedəcəyini bildirib: "Silahlı Qüvvələrimiz terrorçuların İraqın şimalından Türkiyə ərazisinə daxil olmasının qarşısını almaq üçün hərbi əməliyyat keçirir. Qandilin terrorun mərkəzi olduğunu bilməyən yoxdur. İraqın şimalındakı bütün terrorçu sığınacaqlarını məhv edəcəyik”.
Uğurlu əməliyyatlarla bağlı "Şərq”ə danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Suriyada aparılan "Zeytun budağı” və "Fərat Qalxanı” əməliyyatları göstərdi ki, Türkiyə öz təhlükəsizliyini təhdid edən istənilən təşkilata qarşı sərt mübarizə aparacaq:
"Şimali İraqda PKK-ya qarşı hərbi əməliyyatları Suriyada aparılan hərbi əməliyyatların davamı kimi qiymətləndirmək olar. Qandil terror təşkilatının əsas lojistik bazasıdır. Terrorçulara qarşı quru əməliyyatlara start verilməsi PKK sonunu gətirməyə hesablanıb.
Qandilə yaxınlaşmaqda olan türk ordusu hələki ciddi müqavimətlə qarşılaşmır. Bilirik ki, PKK bir sıra ölkələr tərəfindən müdafiə edilir. Həmin ölkələr Türkiyənin indiki qərarlı siyasəti qarşısında gözləmə mövqeyindədirlər. Hesab edirəm ki, Türkiyə Qandilə girəcək. Döyüşlər davam etsə də, sonda Türkiyə qalib gələcək. Afrin kimi Qandil də Türkiyənin nəzarətinə keçəcək”.
Politoloqa görə, Qərb ölkələri Suriyada Türkiyənin qarşısını kəsə bilmədikləri üçün, Qandildə də bunu edə bilməyəcəklər:
"Relyefin çətinliyini nəzərə alsaq, türk ordusu üçün çətin ola bilər. Qandilin tam nəzarətə götürülməsi bir qədər vaxt aparacaq. Buna baxmayaraq, Türk Ordusunun terror təşkilatının axırına çıxacağı şübhə doğurmur. Amma PKK-nın İŞİD kimi tam aradan qalxması gözlənilmir. İŞİD müvəqqəti layihə idi. İŞİD-ə qarşı bir neçə dövlət mübarizə aparır. PKK ilə sadəcə Türkiyə vuruşur. Hər halda PKK terrorçuları tarixlərində ən ciddi məğlubiyyətlə üzləşmək üzrədirlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm