Bir tona yaxın xəstə heyvan əti AŞKARLANDI - Nazirlik isə təkzib edir





Polşa Fransaya bir tona yaxın xəstəlikdən ölmüş heyvan əti satıb.

"Sherg.az" "lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Fransa Kənd Təsərrüfatı Nazirliyinin səhiyyə xidmətindən məlumat verilib. Xəbərdə deyilir ki, əkinçilik-ərzaq sektorunun doqquz şirkəti artıq bu ətdən imtina edib. Polşaya geri qaytarılan ətin 150 kilosu Fransanın öz yerli istehsalı hesabına bərpa olunub.

Yazıda o da qeyd olunur ki, Polşada xəstəlik nəticəsində qırılan heyvanların ətləri Fransa ilə yanaşı bəzi Avropa ölkələrinə də satılıb.

Məqalədə o da diqqətə çatdırılır ki, 3 həftə öncə TVN24 kanalında Polşada kamionda xəstəlikdən öldüyü ehtimal olunan bir neçə heyvan leşinin daşınmasına dair video yayımlanıb. Polşanın kənd təsərrüfatı naziri isə həmin heyvanların xəstəklikdən qırılmasına dair məlumatı təkzib edib. O vurğulayıb ki, həmin  heyvanlar bir hadisə nəticəsində tələf olub".

Polşanın Avropanın Avropa ət bazarında ən böyük ixracatçı olduğunu nəzərə alsaq, bu qənaətə gəlmək olar ki, bu yalan Polşa iqtisadiyyatına qəsdən zərbə kimi qiymətləndirilməlidir.

Tərcümə etdi: Ayyət Əhməd