Bir toyuğa 2 min 750 lirə ödədi





Çanaqqalanın Bayramiç qəsəbəsində yaşayan İsmayıl Aslan, Bursada keçirilən hərracda, yumurta və ət səmərəsi yüksək, ana vətəni Amerika olan və gül şəklindəki pipiyiylə tanınan "wyandotte” cinsli toyuğa 2 min 750 lirə ödədi.

Aslan, verdiyi açıqlamada, anasının da özünün də quşlara qarşı maraqlı olduqlarını ifadə edərək, toyuqlara birlikdə baxdıqlarını söylədi (Milliyet). Xüsusilə cins toyuqlarla maraqlandığını dilə gətirən Aslan, "Mənim üçün toyuğun cinsi və gözəlliyi əhəmiyyətlidir. Əgər bir heyvanı bəyəndimsə onu mütləq alacam, bu bir xəstəlikdir. Özümü saxlaya bilmirəm.” deyə sözlərinə əlavə edib.