Türkiyə XİN başçısı Bakıda önəmli müzakirələr aparıb
“...Birgə olmalıyıq”
20:52 18.02.2016
Arxiv
844
“Terrorizmə qarşı mübarizədə Azərbaycanla heç bir fikir ayrılığımız yoxdur”
Türkiyə XİN başçısı Bakıda önəmli müzakirələr aparıb
Türkiyə XİN başçısı Bakıda önəmli müzakirələr aparıb
Dünən Azərbaycanda səfərdə olan Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident İlham Əliyev tərəfindən qəbul olunub. Türkiyənin XİN rəhbərinə Ankarada törədilmiş terror aktına görə, başsağlığı verən Prezident İlham Əliyev bu ağır günlərdə Azərbaycan xalqının hər zaman olduğu kimi, Türkiyənin yanında olduğunu diqqətə çatdırıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəng vuraraq, Bakıya gələ bilməyəcəyini bildirdiyini deyən dövlət başçısı bunu anlayışla qarşıladığını diqqətə çatdırıb.
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü keçirilib
Prezident İlham Əliyevlə görüşdən sonra Azərbaycan və Türkiyə XİN başçılarının görüşü keçirilib. Görüşdə ikitərəfli əməkdaşlıqla bağlı bir sıra məsələlər, regiondakı vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları müzakirə edilib. Azərbaycan XİN başçısı Elmar Məmmədyarov da çoxsaylı insan tələfatına səbəb olan Ankaradakı terror aktı ilə əlaqədar
türkiyəli həmkarına və Türkiyə xalqına başsağlığı verib. Görüşdən sonra jurnalistlərə açıqlamasında M.Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Türkiyənin Azərbaycanı tam dəstəklədiyini vurğulayıb: "Bu məsələdə birgə fəaliyyət göstəririk. Fevralın 26-da Xocalı faciəsinin növbəti ildönümünü qeyd edəcəyik. Bu soyqırımı törədənləri lənətləyirik”.
"Terrorizmlə mübarizədə birlikdə olmalıyıq”
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqına verdiyi dəstəyə görə təşəkkür edib. XİN başçısı Ankarada törədilən terror aktına görə, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının baş tutmamasına təəssüfləndiyini dilə gətirib: "Yaxın gələcəkdə biz yenidən bu iclası təşkil etmək niyyətindəyik. Terrorizmlə mübarizədə birlikdə olmalıyıq. Biz PKK, YPG, PYD kimi terror təşkilatları arasında fərq qoymuruq və onlarla mübarizə aparırıq. Terrorizmə qarşı mübarizədə Azərbaycanla heç bir fikir ayrılığımız yoxdur. Azərbaycan da terrorizmə qarşı mübarizədə Türkiyənin mövqeyini bölüşür”.
"PYD lideri şəxsən Əsədin özündən təlimat alıb...”
Mövlud Çavuşoğlu Ankaradakı olayla bağlı sensasion açıqlamalar verib. O deyib ki, hadisəni törədən PYD üzvləri arasında Kandildən gələn PKK-çılar da var: "Bizdə kəşfiyyat məlumatları var. PYD lideri Saleh Müslim Suriya rejimi tərəfindən Kandildən çağırılıb. Türkiyəyə qarşı hücumlar təşkil etmək üçün birbaşa Əsədin özündən təlimat alıb. Bütün sənədlər əlimizdədir”.
"Biz terrorun bütün forma və təzahürlərini qınayırıq”
Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov da terrorçuluqla mübarizədə dövlətimizin mövqeyinin açıq və dəyişməz olduğunu deyib. Nazir bəyan edib ki, Azərbaycan hökuməti terrorun bütün formalarını qınayır: "Terror qurbanlarının ailələrinə başsağlığı veririk, yaralananlara isə ən qısa zamanda şəfa tapmağı arzulayırıq”.
Məlumat üçün bildirək ki, fevral ayının 19-da Azərbaycan, Gürcüstan və Türkiyə Xarici işlər nazirləri Tiflis şəhərində beşinci üçtərəfli görüş keçirəcəklər. Artıq görüş üçün Türkiyə və Azərbaycan XİN rəhbərləri Gürcüstana yollanıblar.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual