"Biz jurnalistlər özümüzü haradasa təqdim etməkdən utanırıq" - Baş redaktor

Məmməd Gülməmmədov: "Səbəb odur ki, reketlər jurnalist adını çox pis şəkildə təqdim ediblər. Buna görə, ümumi jurnalistika haqqında mənfi təəssürat yaranıb. Ciddi jurnalistlər reketlərin fəaliyyətindən əziyyət çəkir&#
"Onların “qidalandıqları” mənbə isə sözsüz ki, məmurlardır. Onlara dəstək verən, maliyyələşdirən şəxslərdən cürət alırlar"






"Azərbaycan Mətbuat Şurası (MŞ) özünün "qara siyahı”sını tərtib edib. Və şuranın "Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasının tərkibinə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub".

Bu barədə"Sherg.az”a "Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov bildirib. Baş yazar qeyd edib ki, xüsusilə, son bir il ərzində "reket jurnalistika"ya qarşı istər dövlət qurumları, istərsə də MŞ səviyyəsində mübarizə daha da güclənib:

"Bu isə Azərbaycanda jurnalistika sahəsinin təmizlənməsinə gətirib çıxaracaq.

Müxtəlif səpkidə "reket”lər var. Ümumilikdə xırda və iri "reketlər” fəaliyyət göstərir. İri reketlərin çoxu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) məlum müdaxiləsindən sonra həbsdədirlər. Xırda "reket"lər isə hələ də hansısa müstəvidə fəaliyyətdədirlər. Onların "qidalandıqları” mənbə isə sözsüz ki, məmurlardır. Onlara dəstək verən, maliyyələşdirən şəxslərdən cürət alırlar. Belə "jurnalistlər” hətta bu gün Azərbaycanda yazılı və onlayn mətbuatın təşkilatlanma yeri sayılan MŞ-ə belə qarayaxma kampaniyası aparmaqdan çəkinmirlər.

Düşünürəm ki, onlara qarşı mübarizə daha da sərtləşdirilməlidir. Çünki biz jurnalistlər özümüzü haradasa təqdim etməkdən utanırıq. Səbəb odur ki, reketlər jurnalist adını çox pis şəkildə təqdim ediblər. Buna görə, ümumi jurnalistika haqqında insanlarda mənfi təəssürat yaranıb. Hazırda hər bir həqiqi jurnalist reketlərin fəaliyyətindən əziyyət çəkir.

Yalnız MŞ deyil, digər bütün aidiyyəti dövlət qurumları da bu məsələdə aktiv olmalıdırlar. Şantaj, böhtan, qarayaxma ilə məşğul olan və jurnalist adına ləkə gətirən şəxslər jurnalistika peşəsindən uzaqlaşdırılmalıdır. Yeri gələrsə, onların saytları blok olunmalıdır. Çünki həmin reketlərin söz və mətbuat azadlığına dəxli yoxdur. 

Hüquqi müstəvidə də lazımi addımlar atmaq lazımdır. Uzun müddətdir ki, onlara qarşı humanist addımlar atılır, tövsiyə xarakterli xəbərdarlıqlar edilir. Loyal və humanist yanaşma onları bir az da cəsarətləndirir. Bu mənada düşünürəm ki, mütləq cəzalar sərtləşdirilməli və qəti tədbirlər görülməlidir”.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının 8 noyabr 2017-ci il tarixli iclasından sonra adlarının "qara siyahı”ya əlavə edilməsi tövsiyə olunan kütləvi informasiya vasitələrinin bir qrupu tərəfindən Şuranın İdarə Heyətinin üzvlərinə qarşı xoşagəlməz kampaniyaya start verilib.

Aysel Aslan