
“Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır”
21:00 17.02.2016
Arxiv
814
“Heç bir ölkəyə daxili işlərimizə qarışmağa imkan verməyəcəyik”

Prezident İlham Əliyev fevralın 17-də Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib. Prezident Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının rəmzi açılışını bildirən lenti kəsib.
Kompleks dörd korpusu yeddimərtəbəli, bir korpusu isə altımərtəbəli binalardan ibarətdir.
Bundan başqa, prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində Gəncədə hərbi qulluqçular üçün inşa edilən şəhərciyin açılışında iştirak edib.
"Son illər dünyada, xüsusilə Yaxın Şərqdə xarici müdaxilədən əziyyət çəkən insanlar canlarını qurtarmaq üçün böyük əziyyətlərə qatlaşaraq, təhlükələrlə üzləşərək Avropaya üz tuturlar. Orada isə onlara qarşı bəzi hallarda nalayiq hərəkətlər edilir, şəxsiyyətləri alçaldılır”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev Gəncədə "İmamzadə” dini kompleksində ictimaiyyət nümayəndələri və din xadimləri ilə görüşdə deyib.
Azərbaycanın da ötən əsrin 90-cı illərinin əvvəllərində humanitar fəlakətlə üzləşdiyini, 1 milyona yaxın insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyən prezident İlham Əliyev ölkəmizin bu böhranın öhdəsindən təkbaşına gəldiyini diqqətə çatdırıb.
Dövlət başçısının sözlərinə görə, bu gün müşahidə olunan immiqrant probleminin digər tərəfi Avropada radikal meyllərin arması ilə bağlıdır ki, bu da özlüyündə dinlərarası münasibətlərdə böhrana gətirib çıxara bilər.
2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili” elan edildiyini deyən prezident İlham Əliyev keçən il Bakıda Avropa oyunlarının, gələn il isə İslam həmrəyliyi Oyunlarının keçiriləcəyini deyib: "Bütün bunlar bölgədə və dünyada sabitliyə töhfə verib. Biz öz yolumuzla gedirik, başqa ölkələrin daxili işinə qarışmırıq və belə bir fikrimiz də yoxdur. Heç bir ölkəyə imkan vermirik ki, verməyəcəyik ki, daxili işlərimizə qarışsın. Nə qədər bizə təzyiqlər və təhdidlər olsa belə, biz bu yoldan dönməyəcəyik. Ona görə biz öz sözümüzü deyirik. Harada vəziyyətin ağır olduğunu görürük, sözümüzü deyirik, yol göstəririk, öz nümunəmizi təklif edirik. Sadəcə kimisə tənqid etmək üçün hansısa fikirləri səsləndirmirik. Deyirik ki, baxın bu məsələ Azərbaycanda necə həll olunub. Niyə Azərbaycanda bu mümkündür? Niyə Azərbaycanda xalq vahid ideya, amal uğrunda birləşə bilir? Niyə başqa ölkələrdə süni səbəblər üzündən bir-birini öldürür, qanını tökürlər? Yaxın Şərqdə vuruşanların əksəriyyəti anlamır, bilmir ki, kimin tərəfində vuruşur, kimin maraqlarını müdafiə edir. Qardaş qanı axıdırlar, şəhərləri dağıdırlar. Elə günə salırlar ki, o şəhərlərin bərpası, o ölkələrin bərpası bundan sonra mümkün olmayacaq. Niyə görə? Çünki təbliğat, xarici təsir və hakimiyyətlərin zəifliyi var. Harada hakimiyyət möhkəmdir, xalqla bir yerdədir, heç bir kənar qüvvə bu hakimiyyətin iradəsinə təsir edə, hakimiyyəti heç bir avantüraya çəkə bilməz. Bir də demək istəyirəm, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü deyir, öz siyasətini aparır. Bizim gücümüzün mənbəyi də Azərbaycan xalqıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat