Boksçumuz rəqibinə heç bir şans vermədi



"Bakı-2015” Avropa Oyunlarında boks üzrə kişilər arasında yüngül çəkidə (60 kq) yarışan Albert Səlimov növbəti görüşünə çıxıb. O, 1/4 finalda bolqar Eliyan Dmitrov ilə qarşılaşıb. Boksçumuz rəqibinə heç bir şans verməyərək 3:0 hesabı ilə qalib gəlib. İdmançımız yarımfinalda irlandiyalı Sin Makkombla üz-üzə gələcək.
Vüqar