"ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonnun Prezident İlham Əliyevə telefon zəngi bir daha sübüt edir ki, ABŞ işğal olunmuş Dağlıq Qarabağ torpaqlarımızın azad edilməsinə maraqlıdır".
Bu barədə "Sherg.az”a millət vəkili Fəzail Ağamalı bildirib. Parlamentarinin sözlərinə görə, ötənlərdə Con Bolton Ermənistana səfəri çərçivəsində işğalçı ölkənin indiki rəhbərliyini Türkiyə və Azərbaycanla normal qonşuluq münasibətlərinin bərpa olunması ilə bağlı xəbərdar etdi:
"Bu xəbərdarlığın daxilindəki məntiq işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması ilə birbaşa bağlıdır. Eyni zamanda Davosda Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçən görüşdən sonra C. Boltonun N.Paşinyana zəng etməsi və bir müddət sonra ölkə başçısı İlham Əliyevlə telefonda daşması Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırır. Etiraf edim ki, bu münaqişə fonunda ABŞ ilə Rusiya arasında ciddi rəqabət gedir. Rusiya işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasına maraqlı deyil. Yəni şimal qonşumuz belə bir addım atmaq istəsəydi, ondan aslı olan Robert Köçəryan və Serj Sarkisiyanın dövründə bunu edərdi. Amma hazırda Vladimir Putinə yaxın olan politoloqlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müxtəlif variantların ortaya çıxarılması və mərkəz Moskvanın bununla bağlı Ermənistana xəbərdarlıq etməsi, bu kimi mesajların da ABŞ-dan gəlməsi Dağlıq Qarabağ probleminin aktuallaşmasını göstərir. Bütün bu proseslərdə Azərbaycanın mövqeyi bəllidir. Bu istiqamətdə atılacaq addımlar Azərbaycanın xeyrinə olacaq".
Deputatın qənaətincə, Azərbaycan yaranmış vəziyyətdən istifadə edərək Ermənistana qarşı təkidlərinı daha da artıracaq:
"Müxtəlif sahələrdə Ermənistana güc nümayişi edilməlidir. Yəni Ermənistan bir daha anlasın ki, diplomatik yolla olmasa, Azərbaycan hərbi yolla məsələni həll edəcək. Amma həmin vaxtda işğalçı ölkə üçün əvvəlki şərtlər olmayacaq. Lakin Azərbaycan tərəfi şəhid vermək istəmir. Məsələni sülh yollu ilə həll etməyə çalışır. Hər halda C.Boltonun cənab Prezidentə zəngi onun Azərbaycana diqqətinin ifadəsi kimi dəyərləndirilməlidir. Fikrimcə, ABŞ bir başa düşür ki, Azərbaycan Qafqazın güclü ölkələrindəndir. Eyni zamanda Rusiya və İran ərtafında gedən məsələlər ABŞ-ın Dağlıq Qarabağ nünaqişəsinə münasibətini bir az da sürətləndirməyə təkan verir”.
Qeyd edək ki, yanvarın 29-da ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.
Kənan Eynuroğlu