"Boltonun zəngi münaqişənin həlli və təhlükəsizliyin təminatı ilə bağlıdır" - Deputat

"Minsk qrupunun həmsədri olaraq Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həllinin bir ölkənin inhisarında saxlanılmasına qarşıdır. Və bu istiqamətdə addımlarını davam etdirir"



Azərbaycanla ABŞ tərəfdaşdırlar,. Söhbət təhlükəsizlik məsələlərindən gedir. Azərbaycan anti-terror koalsiyasına üzvdür. Ölkəmiz Amerikanın Əfqanistandakı Silahlı Qüvvələrinə çox ciddi radioaktiv dəstək göstərir".

Bunu "Sherg.az"a millət vəkili Asim Mollazadə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi açmasından danışarkən bildirib. 

Parlamentarinin sözlərinə görə, Azərbaycanın yaratdığı enerji dəhlizi Amerikanın müttəfiqləri üçün çox mühüm amildir:

"Azərbaycan ABŞ-la bölgədə sülh və əmin-amanlığın yaradılması istiqamətində əməkdaşlıq edir. Minsk qrupunun həmsədri olaraq Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həllinin bir ölkənin inhisarında saxlanılmasına qarşıdır. Və bu istiqamətdə addımlarını davam etdirir. Əminik ki, ABŞ-ın yeni hakimiyyəti heç bir halda erməni diasporu və lobbi qrupları ilə bağlı olmadığına görə, ölkələrimiz arasında əməkdaşlıqlar artacaq.

 İqtisadi sahədəki əməkdaşlıqlarımız genişlənəcəkə Boltonun Azərbaycan Prezidentinə zənginin əsas məqsədi də məhz ikitərəfli əməkdaşlığın inkişafına xidmət edir. Eyniz amanda bu zəng bölgədə münaqişənin həlli və təhlükəsizliyin təmin olunması ilə bağlıdır. Ümidvaram ki, Azərbaycan ABŞ əməkdaşlığı bu istiqamətdə daha da genişlənəcək".

Qeyd edək ki, yanvarın 29-da ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.

Ayyət Əhməd