Böyük kəşf! Suların dibindən yeraltı şəhər tapıldı- FOTOLAR

Dünyanı həyəcanlandıran hadisə… İngilis Hava qüvvələrinin  pilotu Misir sularında çox qədim  tarixi olan  bir yeraltı şəhər kəşf etdi. "British Museum" isə Misirin suları altındakı tarix xəzinəyə aid parçaları yeni bir sərgi üçün İngiltərəyə, muzeyə gətirdi.
Aralıq dənizinin qaranlıq sularında, sahildən 4 mil qədər uzaqlıqda tarixi itkin Misir şəhəri tapıldı. Xüsusilə arxeoloqları  həyəcanlandıran bu kəşf, qədim   dövrlərlə əlaqədar zəngin məlumat qaynağı olacaq.
Suların altında tapılan qalıqların eramızdan əvvəl 8-ci əsrdə Nil çayının  sahilində qurulmuş bir şəhərə aid olduğu ifadə olunur. Kəşfdə tapılan tarixi əsərlərin Misirdəki Helenistik dövr krallığı olan Ptolemaios Xanadanına aid olduğu təxmin edilir.
Sulardan çıxarılan  parçalardan biri 4,9 metr yüksəkliyində və 6 ton ağırlığında kraliça heykəlidi. Ptolemaios Xanadanında kral, kraliça olaraq ümumiyyətlə bacısını təyin edərdi. Ailə xanadanda böyük bir əhəmiyyətə sahib idi. 
5,4 metr yüksəkliyində və yenə 6 ton ağırlığında tapılan  başqa heykəl isə indiyə qədər tapılan ən böyük Misir Tanrısı heykəli olaraq qeydlərə keçdi. Heykəlin suyun dibindən  çıxarılması böyük diqqət tələb edən bir əməliyyatla saatlarla vaxt apardı.