“Böyük məsuliyyətdir...”
20:37 22.04.2016
Arxiv
628
Tahir Əmiraslanov: “Prezidentin bizə verdiyi qiymət fonunda daha çox işləməli olduğumuzu düşünürəm”
Prezident İlham Əliyev Azərbaycan milli kulinariya sahəsinin əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan milli mətbəx mədəniyyətinin təbliğində səmərəli fəaliyyətlərinə görə Əliyev Oruc Nağı oğlu və Əmiraslanov Tahir İdris oğluna "Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.
Fəxri ad alan kulinarlardan biri olan Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov təəssüratlarını "Şərq”lə bölüşüb: "Sözün açığı, Prezident tərəfindən fəxri adla təltif olunacağımı gözləmirdim. Bəlkə də bunun bir səbəbi heç vaxt mükafat almaq həvəsində olmamağımdır. Hər zaman bizim sahəyə diqqət ayrılmasının tərəfdarı olmuşam. Fəxri ad, diplom kimi məsələlər mənim prioritetlərim arasında olmayıb. Hətta özümü mükafata layiq görmək üçün görəcəyim işlərin qabaqda olduğunu düşünürəm. Amma istənilən halda ölkə başçısına öz minnətdarlığımı bildirirəm ki, indiki hərbi-siyasi situasiyaya rəğmən vaxt ayırıb, mənim fəaliyyətimi dəyərləndirib”.
"Əməkdar mədəniyyət işçisi” fəxri adını görəcəyi işlərin "avans”ı kimi qəbul etdiyini vurğulayan Mərkəz rəhbəri deyib ki, bu həm də ölkə başçısının Azərbaycan mətbəxinə verdiyi dəyərin göstəricisidir: "Fəaliyyətim boyunca bu etimadı doğrultmağa çalışacam. Novruz bayramında da cənab Prezident haqqımızda böyük işlər gördüyümüzə dair çox xoş sözlər dedi. Bu gün isə belə bir sərəncam imzalayıb. Düzü, bizə verilən bu qiymət fonunda daha çox işləməli olduğumuzu düşünürəm. "Əməkdar mədəniyyət işçisi” fəxri adı mənim üçün bir mükafatdan əlavə böyük bir məsuliyyətdir. Əgər sabah, bir gün hardasa səhvim olsa, Prezidentin, nazirin üzünə necə baxaram? Xalqın qarşısına necə çıxaram? Bizim cəmiyyət elədir ki, xüsusi mükafata, fəxri adlara layiq görülən şəxslərdən daha çox uğur tələb edir və ən əsası səhvlərin üstündən keçmirlər. Demək olar ki, an etibarı ilə mənim səhv eləmək imkanlarım tamamilə əlimdən alınıb. Necə ki, hansısa şirkətdə işçilərin məhsuldarlığını artırmaq üçün ayın əvvəlində onlara "avans” verirlər. Mən də "Əməkdar mədəniyyət işçisi” fəxri adını gələcəkdəki nailiyyətlərimin bir ön ödəməsi kimi görürəm. Prezident kimi önə çıxarırsa, həmin şəxsin xalq və dövlət qarşısında borcu artır, hüquqları isə azalır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana yeni zərbələrlə bağlı qərarını açıqlayıb
01:16 03.11.2026
Son dəqiqə
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm