Böyük və kiçik ticarət mərkəzləri bağlanır
20:58 16.02.2016
Arxiv
1044
Statistika Komitəsinin işsizliklə bağlı göstərdiyi rəqəmlər həqiqəti əks etdirmir
Azərbaycanda muzdla çalışan işçilərin sayı artıb. 2016-cı il yanvarın 1-nə olan vəziyyətə görə, ölkədə muzdla çalışan işçilərin sayı 1495,8 min nəfər olub. Onlardan 877,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 618,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, muzdla işləyənlərin 22,6 faizi təhsil, 19,0 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,1 faizi sənaye, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,2 faizi tikinti, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi informasiya və rabitə, 17,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub. Məsələni şərh edən tanınmış iqtisadçı Natiq Cəfərli "Şərq”ə söyləyib ki, ölkəmizdə statistika artıq siyasiləşib. Bunu hamı qəbul edir: "Yəni statistik rəqəmlərin müəyyən məcraya yönləndirilməsi mövcuddur. Məsələn, ölkəmizdə işsizliklə bağlı rəsmi rəqəm 5 faiz göstərilir. Amma görünən odur ki, rayonlarda iş yarmarkası elan edəndə ora minlərlə insan gəlir. Rəsmi məlumatlara görə isə, ölkədə işsizlərin sayı 30 mini keçmir. Amma bir rayonda iş elanları olanda 1 yerə 2-3 yüz insan müraciət edir. Bunun özü elə işsizliyin 5 faiz olmasını yalanlayır. Statistik məlumatların bu tipli hesablamaları əslində ölkədəki iqtisadi vəziyyəti doğru-dürüst qiymətləndirməyə əsas vermir. Yəni əlimizdə çox dəqiq faktlar olmalıdır ki, bu trendləri müəyyən edə bilək və gələcəkdə ölkənin iş bazarında baş verə biləcək problemləri indidən təsdiq edək. Buna uyğun da yol xəritəsi hazırlaya bilək. Ölkədə buna böyük bir ehtiyac var. Əksinə isə görürük ki, Azərbaycanın ticarət sahəsində çox ciddi problemlər mövcuddur. Böyük və kiçik ticarət mərkəzləri, dükanları bağlanır. Hətta bu halı şəhərdə vizual olaraq görə bilərik”.
Ekspertin qənaətincə, ölkəmizdə həmişə daha çox iki sekorda - təmir tikinti və pərakəndə ticarət sektorunda iş yerləri yaradılırdı: "Amma indi hər iki sektorda ciddi problemlər yaşanır. Hökumət investisiyalarında 4 milyarda yaxın azalma müşahidə olunur. Bunun özü tikinti sektorunda işsizliyin sayını xeyli dərəcədə artırır. Üstəgəl, pərakəndə ticarət dövriyyəsini zəiflədir. Mağazaların bağlanmasına, geyim, elektrotexnika malları və mebelin ticarət dövriyyəsinin azalmasına səbəb olur. Bir sözlə, Statistika Komitəsinin rəsmi məlumatında "İş yerləri artıb” deyə informasiyanın getməsi ən yumşaq desək, inandırıcı deyil. Həqiqəti əks etdirmir. Reallığı bilməsək, bundan çıxış yollarını tapmaq və müəyyən yol xəritəsi hazırlamaq çox çətin olacaq”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat