"Bu addım arıçılığın inkişafına müsbət təsir göstərəcək" - İQTİSADÇI





"Arıçılıq sahəsinə dəstəyi müsbət qarşılasam da, bu addımın dövlət tərəfindən atılmasını çox isdərdim”

Bu barədə "Sherg.az”a Azərbaycanda arıçılığın inkişafına dair layihəyə 1 milyon manat vəsaitin ayrılmasının əhəmiyyətindən danışarkən iqtisadçı Nazim Bəydəmirli bildirib.

Onun sözlərinə görə, məlum  addım kənd təsərüfatı və arıçılığın inkişafına müsbət təsir göstərəcək: 

"Göstərilən dəstək qeyri-hökümət qurumları əvəzinə dövlət tərəfindən göstərilsəydi çox yaxşı olardı. Birbaşa həmin təsərrüfat sahiblərinə dəstəyin olmağı daha məntiqli olardı. Çünki Aqrolizinq, sahibkarlara köməyin milli fondu kimi təşkilatlar dövlət büdcəsi vasitəsi ilə sahibkarlara dəstək götərirlər. Bu da əslində korrupsiya yaradan bir mexanizimdir. Yəni əvəzləyicilərin səmərəsiz vasitəsidir. Kağız üzərində sahibkarlara bu və ya digər formada dəstək olunur. Bu da real olaraq Azərbaycan bazarlarında malların və xidmətlərin çoxalmasına, kefiyət dəyişikliyinə gətirib çıxarmır. Bu baxımdan dəstəyi müsbət qarşılayıram. Amma verilmə metodlarını təqdir etmirəm. Təbii ki, bu az bir vəsaitdir. Bunu BMT-nin Ərzaq İnkişafı proqrmı verirsə, onu alqışlamaq lazımdır. Hər halda dövlət büdcəsindən olan vəsait deyil”.

Qeyd edək ki, Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə birgə "Ekoloji təmiz arı məhsullarının sertifikatlaşması" adlı layihəyə başlayacaq. Bu barədə Azərbaycan Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bildirib. Assosiasiya rəhbəri layihənin maliyyə dəyərinin təqribi 1 milyon manata yaxın olduğunu və FAO tərəfindən maliyyələşdiriləcəyini vurğulayıb. "Kənd Təsərrüfatı Nazirliyi layihədə tərəfdaş kimi iştirak edir. İlkin mərhələdə arıçıların maarifləndirilməsi ilə bağlı iş həyata keçiriləcək, onlara ekoloji təmiz sertifikatlaşma ilə bağlı məlumatlar veriləcək", - B.Həsrətov vurğulayıb.

Kənan Eynuroğlu