Bu avtobusun hərəkət istiqaməti dəyişdirildi
14:46 09.06.2017
Arxiv
472
29 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.
Sherg.az Trend-ə istinadən bildirir ki, dəyişikliyə əsasən, 29 nömrəli marşrut xətti üzrə avtobuslar 20 Yanvar küçəsi - Cavadxan küçəsi - H.Babaşov küçəsindən keçmədən Moskva prospekti ilə birbaşa "Beynəlxalq Avtovağzal" kompleksinə qədər hərəkət edəcək.
29 nömrəli marşrut üzrə avtobuslar hazırda Moskva pr. - 20 Yanvar küç. istiqamətində hərəkət edir ki, həmin istiqamətdə də 156, 193 və 525 nömrəli marşrutlarla üst-üstə düşür və ümumilikdə göstərilən hissədə 42 ədəd müxtəlif markalı (Daewoo, Otoyol) avtobuslar sərnişindaşıma xidməti yerinə yetirirlər. Məlum dəyişiklik 20 Yanvar və Cavadxan küçələrinin kəsişməsində ("Şamaxinka" adlanan ərazidə) avtonəqliyyat vasitələrinin sayının azaldılaraq tıxacın qismən də olsa aradan qaldırılması, təkrarlanan marşrutların hərəkət istiqamətlərinin dəyişdirilməsi, o cümlədən "Beynəlxalq Avtovağzal" kompleksi və "Avtovağzal" metro stansiyası ilə Badamdar qəsəbəsinin əlaqələndirilməsi baxımından vacib hesab edilib.
Qeyd edək ki, 10.06.2017 tarixindən sınaq məqsədilə 29 nömrəli marşrut üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Diplomatiyanın yerini raket və bombalar tutub
21:26 16.04.2026
Gündəm
Messi “Kornelya” klubunu satın alıb
21:11 16.04.2026
Futbol
Netanyahu TŞ-nin təcili iclasını çağırdı
20:56 16.04.2026
Dünya
Bakıda beş yol təmirə bağlanır
20:21 16.04.2026
İnfrastruktur
Tramp: İsrail və Livan 10 günlük atəşkəsə razılaşıb
20:10 16.04.2026
Dünya
Rusiyada deportasiya dalğası gözlənilir - EKSPERTDƏN ŞƏRH
19:53 16.04.2026
Aktual
Papa: Bir neçə tiran dünyanı məhv edir
19:49 16.04.2026
Dünya
Kobaxidze Antalya Diplomatiya Forumunda iştirak edəcək
19:32 16.04.2026
Cənubi Qafqaz
Yeni tribunalın Rusiyaya təsiri olmayacaq - ŞƏRH
19:24 16.04.2026
Gündəm
İranın Baş Qərargah rəisi pakistanlı həmkarı ilə danışıqlar aparıb
19:15 16.04.2026
Gündəm
Rəsmi Moskva Finlandiya və Baltikyanı ölkələrə xəbərdarlıq edib
18:58 16.04.2026
Dünya
Köçəryanın hakimiyyətə gəlmə ehtimalı məhduddur - Tuna Tanman
18:49 16.04.2026
Gündəm
Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
18:46 16.04.2026
Rəsmi
Almaniya Hörmüz boğazına qoşun göndərəcək
18:04 16.04.2026
Dünya