Bu bazar işləməyəcək
20:39 08.02.2016
Arxiv
1048
Ekspert hesab edir ki, vətəndaşlar kütləvi şəkildə istiqrazlar almayacaq
Bu günlərdə Maliyyə Nazirliyinin (MN) "Bakı Fond Birjası” QSC-də hərraca çıxartdığı manat və ABŞ dollarında olan dövlət istiqrazlarının buraxılışı uğurla həyata keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ümumi həcmi 12,0 milyon ABŞ dolları olan 1 illik və 2 illik dövlət istiqrazları müvafiq olaraq 2.77 faiz və 3.02 faiz gəlirlilik dərəcəsi ilə investorlar tərəfindən alınıb.
Eyni zamanda ümumi həcmi 20,0 milyon manat məbləğində 6 aylıq və 1 illik dövlət istiqrazları müvafiq olaraq 7.79 faiz və 8.8 faiz gəlirlilik dərəcəsi ilə yerləşdirilib. MN ümumi həcmi 500,0 milyon ABŞ dolları və 400,0 milyon manat məbləğində dövlət qeydiyyatından keçmiş emissiya prospektlərinə uyğun olaraq cari ilin sonunadək dövlət istiqrazları üzrə mütəmadi olaraq hərracların keçirilməsini təmin edəcək.
İstiqrazların mahiyyətindən danışan tanınmış iqtisadçı Nazim Məmmədov "Şərq”ə söyləyib ki, bu hökumətin daxili borclanmasıdır: "Ancaq istiqrazlara xalqın marağı o vaxt çoxalır ki, depozitlər üzrə bank faizləri aşağı olur. Həm də bankdan fərqli olaraq dövlətin istiqrazları daha etibarlıdır. Çünki bank iflas uğraya bilər. Dövlət istənilən halda borcunu istiqrazlar üzrə elan edib, qaytarır. Bunun faizləri bankların təklif etdiyi faizlərdən azacıq yüksək olsa, eyni zamanda cəlbediciliyi yaxşı olsa, üstəgəl, vətəndaşların pulu varsa, bu bazar işləyəcək. Amma indiki halda buna ümidim azdır. Ola bilsin ki, həmin istiqrazları Mərkəzi Bank alsın. O, hökumətin tərkibində deyil. İstiqrazları borc kimi alıb, sonradan qaytara bilər. Həmçinin Dövlət Neft Fondu da ala bilər. Ancaq kütləvi olaraq vətəndaşların bu borc kağızlarını almasına ümidim azdır. Üstəgəl, dövlət onları xarici valyutada deyil, manatla buraxacaq. Manata isə inam çox aşağı səviyyədədir. Ona görə də, birinci hökumətin maliyyə siyasətinə inam yaradılmalıdır. Manata inam artırılmalıdır. Belə olarsa, istiqrazın bazarı işləyə bilər”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat