Bu dəfə çox fərqlənəcək
20:23 22.02.2016
Arxiv
780
Prezidentin İrana səfəri vacib və əhəmiyyətlidir
Prezident İlham Əliyev fevralın 23-də (bu gün) iranlı həmkarı Həsən Ruhaninin dəvəti ilə bu ölkəyə səfər edəcək. Səfər öncəsi İranın dövlət radio və televiziyasına (İRİB) müsahibə verən ölkə başçısı qeyd edib ki, səfər zamanı regionda və dünyada baş verən hadisələr, cərəyan edən proseslər, ikitərəfli siyasi, iqtisadi, sosial, mədəni əlaqələrin geniş spektri üzrə müzakirələr aparılacaq və bir sıra sənədlər imzalanacaq.
İslamofobiyanın dünyada yayıldığına diqqət çəkən Prezident İlham Əliyev islam ölkələri arasında həmrəyliyin, birliyin güclənməsinin vacibliyini də vurğulayıb: "Qarşılıqlı anlaşma, etimad mühitinin formalaşdırılması, ümumi maraqların aliliyi, islamofobiyaya və digər bu kimi neqativ meyllərə qarşı birgə mübarizə islam həmrəyliyinin təməl daşını təşkil etməlidir. Azərbaycan bu istiqamətdə öz səylərini gələcəkdə də davam etdirmək əzmindədir”. Ekspertlərə görə, Prezidentin İrana səfəri Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Çünki fundamental məsələlərdə Azərbaycan və İranın mövqeləri üst-üstə düşür. Həmçinin, səfər çərçivəsində iqtisadi məsələlər ön planda olacaq.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycan Prezidentinin İran səfəri bundan öncəki səfərlərdən əhəmiyyətli dərəcədə fərqlənə bilər: "İran sanksiyalardan qurtulduqdan sonra həm dünya, həm də region ölkələri ilə əməkdaşlığı gücləndirmək niyyətindədir. Hazırda İranın maliyyə imkanları dondurulmuş pullarının geri qaytarılması hesabına xeyli artıb. Bu baxımdan dünya ölkələri, o cümlədən Azərbaycan qonşusu ilə münasibətlərin inkişafında maraqlıdır. Ancaq Ermənistan da İranla münasibətlərini inkişaf etdirmək üçün canfəşanlıq edir. Ermənistan çalışır ki, İran vasitəsi ilə nəqliyyat dəhlizləri yaratsın”. E.Şahinoğlunun fikrincə, hazırda müşahidə olunan vəziyyət Azərbaycanı narahat edir: "Azərbaycanın hazır infrastrukturu var. Bundan İran və Rusiya istifadə etsə, bölgə ölkələrinin xeyrinə olar. Ona görə də ölkə başçısının İran səfəri zamanı nəqliyyat və enerji əməkdaşlığı ciddi müzakirə olunacaq. Hesab edirəm ki, İran qazının Gürcüstana çatdırılması məsələsi ətrafında da fikir mübadiləsi aparılacaq. Ən önəmli məqam odur ki, üzərindən sanksiyalar götürülən İran Prezidenti Azərbaycan rəhbərini səfərə dəvət edib. Bu çox mühüm məqamdır. Deməli, Azərbaycana müəyyən üstünlüklər verə bilərlər. Amma yenə də İran qazının Ermənistan üzərindən Gürcüstana çatdırılması məsələsi bizi narahat edir. Hesab edirəm ki, buna aydınlıq gətirilməsinə ehtiyac var. Məsələ qeyd olunan şəkildə reallaşarsa, bu, Azərbaycan-Gürcüstan münasibətlərinə mənfi təsir göstərəcək. Eyni zamanda Ermənistanın nəqliyyat mühasirəsində nəfəslik əmələ gətirəcək. İran hakimiyyəti məntiqə üstünlük versə, Azərbaycanla əməkdaşlığı ön plana çəkməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region